DevHub Academy
Tədris sahələriBloqƏlaqə
DevHub Academy
+994 51 368 89 27Rəşid Behbudov küçəsi 55, AZ 1022

Sayt Xəritəsi

Ana səhifəHaqqımızdaTədris sahələriMüəllimlər
MəzunlarBlogTestƏlaqə

© 2025 DevHub Academy. Bütün Hüquqları Qorunur

Sosial şəbəkələr yuxarıda
      Blog yazılarına qayıt
      QA engineering
      10.03.2024
      15 dəq

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi

      2026-cı ildə IT sahəsinə daxil olmaq istəyənlərin qarşısına çıxan ən populyar istiqamətlərdən biri QA — Quality Assurance sahəsidir. Bəs QA nədir? Sıfırdan başlayan biri hansı mövzuları öyrənməlidir? Manual Testing ilə başlamaq lazımdırmı? 2026-cı ildə hansı tool-lar daha çox istifadə olunur? Və ən əsası — Automation nədir və QA Engineer gün ərzində nə iş görür? Bu yazıda bütün bu suallara mərhələli şəkildə cavab verəcəyik.

      Minaya Aliyeva

      Müəllif

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi

      QA nədir?

      QA — Quality Assurance, yəni proqram təminatının keyfiyyətinin təmin edilməsidir.

      Sadə dillə desək, developer bir məhsul və ya funksionallıq hazırlayır, QA Engineer isə həmin məhsulun düzgün işləyib-işləmədiyini yoxlayır.

      Məsələn, bir şirkət yeni mobil bank tətbiqi hazırlayır.

      İstifadəçi:

      • hesabına daxil olmalıdır;

      • pul köçürə bilməlidir;

      • kart əlavə edə bilməlidir;

      • balansını görə bilməlidir;

      • səhv məlumat daxil etdikdə düzgün xəbərdarlıq almalıdır.

      QA Engineer bütün bu ssenariləri yoxlayır və məhsulun real istifadəçi üçün nə dərəcədə stabil olduğunu müəyyənləşdirir.

      QA-nın məqsədi sadəcə "bug tapmaq" deyil.

      Əsas məqsəd istifadəçiyə keyfiyyətli, stabil və gözlənilən şəkildə işləyən məhsul təqdim olunmasına kömək etməkdir.

      QA sahəsinə sıfırdan necə başlamaq olar?

      QA-ya yeni başlayan biri üçün ən məntiqli başlanğıc nöqtələrindən biri Manual Testing-dir.

      Manual QA-da testləri avtomatik kod vasitəsilə deyil, insan özü həyata keçirir.

      Məsələn, login səhifəsini test edirsiniz:

      1. Düzgün email və password daxil edirsiniz.

      2. Login düyməsini klikləyirsiniz.

      3. Sistemin düzgün şəkildə hesabınıza daxil edib-etmədiyini yoxlayırsınız.

      4. Səhv password daxil edirsiniz.

      5. Sistem düzgün error mesajı göstərirmi, yoxlayırsınız.

      6. Boş sahələrlə test edirsiniz.

      7. Müxtəlif input-larla sistemi yoxlayırsınız.

      Bu prosesdə əsas məqsəd yalnız düymələri klikləmək deyil.

      QA Engineer düşünməlidir:

      "Bu funksiyanı necə sındıra bilərəm?"

      Məsələn, istifadəçi 100 simvolluq password əvəzinə 10.000 simvolluq məlumat daxil etsə nə baş verəcək?

      Email yerinə xüsusi simvollar daxil etsə necə?

      İnternet əlaqəsi login zamanı kəsilsə nə olacaq?

      Server cavab verməsə istifadəçiyə nə göstəriləcək?

      Məhz bu düşüncə tərzi QA Engineer üçün çox vacibdir

      Manual QA öyrənərkən nələri bilməlisən?

      Sıfırdan başlayan biri ilk mərhələdə aşağıdakı mövzulara fokuslana bilər:

      1. Software Testing fundamentals

      Əsas anlayışları öyrənmək:

      • SDLC

      • STLC

      • Test Case

      • Test Scenario

      • Bug / Defect

      • Severity

      • Priority

      • Regression Testing

      • Smoke Testing

      • Sanity Testing

      • Functional Testing

      • Non-functional Testing

      • Exploratory Testing

      2. Test Case yazmaq

      QA Engineer testləri sistemli şəkildə sənədləşdirməyi bacarmalıdır.

      Məsələn:

      Test Scenario: Login funksiyasını yoxlamaq.

      Test Case:

      • Email: valid@email.com

      • Password: ValidPassword123

      • Login düyməsinə kliklə

      • Gözlənilən nəticə: istifadəçi sistemə daxil olur.

      3. Bug report yazmaq

      Bug tapmaq kifayət deyil.

      Onu developer üçün aydın formada izah etmək lazımdır.

      Yaxşı bug report-da adətən:

      • Title

      • Environment

      • Preconditions

      • Steps to reproduce

      • Actual result

      • Expected result

      • Severity

      • Priority

      kimi məlumatlar olur.

      2026-cı ildə QA üçün hansı tool-ları öyrənmək olar?

      Manual QA mərhələsində bir neçə əsas tool xüsusilə faydalıdır.

      Jira

      Task və bug-ların idarə olunması üçün ən çox tanınan platformalardan biridir.

      QA Engineer Jira vasitəsilə bug yarada, task-ları izləyə və development komandası ilə işləyə bilər.

      Postman

      API testing üçün çox vacib tool-lardan biridir.

      Frontend hazır olmadan belə backend API-lərini test etmək mümkündür.

      Məsələn:

      POST /login

      request göndərərək sistemin düzgün response qaytarıb-qaytarmadığını yoxlaya bilərsiniz.

      SQL

      Database ilə işləmək QA üçün böyük üstünlükdür.

      Məsələn, istifadəçi qeydiyyatdan keçdikdən sonra həmin məlumatın database-ə düzgün yazılıb-yazılmadığını SQL vasitəsilə yoxlamaq mümkündür.

      Git

      Automation istiqamətinə keçmək istəyirsinizsə, Git öyrənmək artıq demək olar ki, vacib bacarıqlardan biridir.

      Çünki automation kodunuz version control sistemində saxlanılacaq və komanda ilə birlikdə işləyəcəksiniz.

      Bəs Automation Testing nədir?

      İndi QA-nın daha texniki tərəfinə keçək.

      Automation Testing — testlərin xüsusi proqramlar və kod vasitəsilə avtomatik icra edilməsidir.

      Tutaq ki, sizin e-commerce saytınız var.

      Login funksiyasını hər gün 50 dəfə manual yoxlamaq lazım gəlir.

      Manual QA belə işləyə bilər:

      Browser aç → login səhifəsinə keç → email yaz → password yaz → login et → nəticəni yoxla.

      Bunu hər dəfə insanın etməsi vaxt aparır.

      Automation-da isə həmin proses kodlaşdırılır.

      Məsələn:

      Open browser
              ↓
      Open login page
              ↓
      Enter username
              ↓
      Enter password
              ↓
      Click Login
              ↓
      Verify dashboard

      Artıq tester hər dəfə bunu əl ilə etmək məcburiyyətində qalmır.

      Test kodu həmin prosesi özü həyata keçirir.

      Automation QA gün ərzində nə iş görür?

      Automation Engineer-in işi sadəcə "test yazmaq" deyil.

      Real layihədə aşağıdakı işlərlə qarşılaşa bilər:

      • yeni automation testlər yazmaq;

      • mövcud testləri maintain etmək;

      • manual test ssenarilərini avtomatlaşdırmaq;

      • API testləri yazmaq;

      • UI testləri hazırlamaq;

      • test nəticələrini analiz etmək;

      • failed testlərin səbəbini araşdırmaq;

      • bug report yaratmaq;

      • developer-lərlə işləmək;

      • CI/CD pipeline-larında testləri işə salmaq;

      • test framework yaratmaq və inkişaf etdirmək.

      Yəni Automation QA həm testing, həm də software development düşüncəsini birləşdirən istiqamətdir.

      2026-cı ildə hansı Automation tool-lar populyardır?

      Automation öyrənməyə başlayanda ən böyük səhvlərdən biri bütün tool-ları eyni anda öyrənməyə çalışmaqdır.

      Bunun əvəzinə bir programming language + bir əsas automation framework seçmək daha düzgündür. Digərləri zatən oxşardır

      Playwright

      2026-cı ildə web automation üçün öyrənilməsi çox faydalı seçimlərdən biridir.

      Playwright ilə Chromium, Firefox və WebKit əsaslı browser-lərdə testlər yazmaq mümkündür.

      JavaScript/TypeScript və Python kimi dillərlə istifadə oluna bilir.

      Selenium

      Selenium uzun illərdir browser automation dünyasının əsas tool-larından biridir.

      Xüsusilə böyük və uzun müddətdir mövcud olan enterprise layihələrdə Selenium ilə qarşılaşmaq mümkündür.

      Cypress

      Frontend/web testing üçün istifadə olunan digər məşhur automation framework-lərdən biridir.

      Əgər web application testing ilə maraqlanırsınızsa, Cypress də öyrənilə biləcək seçimlərdəndir.

      Bəs hansı programming language?

      Automation üçün programming bilikləri vacibdir.

      Başlanğıc üçün aşağıdakı istiqamətlərdən biri seçilə bilər:

      JavaScript

      Web automation və modern frontend ekosistemi ilə işləmək istəyənlər üçün yaxşı seçimdir.

      Python

      Syntax-ı nisbətən rahat olduğu üçün programming-ə yeni başlayanlar üçün əlverişli seçimdir.

      Java

      Enterprise mühitində və Selenium ekosistemində geniş istifadə olunan dillərdən biridir.

      Məsələn:

      Python → Playwright → API Testing → Git → CI/CD

      və ya

      Javascript→ Playwright → API Testing → Git → CI/CD

      kimi bir yol seçmək mümkündür.

      Automation yalnız UI testing deyil

      Automation haqqında ən çox yayılmış yanlış təsəvvür budur ki:

      "Automation = browser açıb düymələrə klikləmək."

      Əslində automation daha geniş sahədir.

      UI Automation

      İstifadəçinin browser-də etdiyi hərəkətləri avtomatlaşdırmaq.

      Məsələn:

      Login
      Search product
      Add product to cart
      Checkout
      Verify order

      API Automation

      Frontend-ə ehtiyac olmadan backend API-lərini test etmək.

      Məsələn:

      POST /users
      GET /users/123
      PUT /users/123
      DELETE /users/123

      Response status code, body, headers və digər məlumatlar yoxlanıla bilər.

      Database Testing

      Automation testləri database ilə də inteqrasiya oluna bilər.

      Məsələn:

      User yaradıldı → API 200 qaytardı → Database-də user yaradıldımı?

      Beləliklə yalnız frontend-i deyil, sistemin müxtəlif qatlarını test etmək mümkündür.


      CI/CD və Automation

      Automation Engineer üçün növbəti vacib mövzulardan biri CI/CD-dir.

      Məsələn developer yeni kodu repository-yə push edir.

      Pipeline avtomatik olaraq:

      Code Push
         ↓
      Build
         ↓
      Run Tests
         ↓
      Test Report
         ↓
      Deploy

      prosesini həyata keçirə bilər.

      Bu o deməkdir ki, testləri hər dəfə manual olaraq işə salmaq lazım deyil.

      Automation testləri pipeline daxilində avtomatik işləyə bilər.

      Bu səbəbdən Automation QA üçün GitHub Actions, GitLab CI, Jenkins kimi CI/CD alətləri ilə tanışlıq böyük üstünlük yaradır.


      Manual QA yoxsa Automation?

      Əslində bunu "Manual və ya Automation?" kimi düşünmək düzgün deyil.

      Daha sağlam yanaşma belədir:

      Manual Testing → Programming → Automation → API → CI/CD

      Manual testing sizə tester kimi düşünməyi öyrədir.

      Programming isə həmin düşüncəni avtomatlaşdırmağa imkan verir.

      Məsələn, yaxşı Automation Engineer yalnız kod yazmamalıdır.

      O bilməlidir:

      Hansı test avtomatlaşdırılmalıdır?

      Hansı test manual qalmalıdır?

      Bu testin biznes üçün dəyəri nədir?

      Test niyə fail oldu?

      Problem application-dadır, yoxsa test kodundadır?

      Məhz buna görə güclü automation mütəxəssisi həm QA mindset, həm də programming mindset-ə sahib olur.

      2026 üçün Junior QA → Automation roadmap

      Sıfırdan başlayırsınızsa, belə bir roadmap faydalı ola bilər:

      Mərhələ 1 — Testing Fundamentals

      Öyrən:

      • SDLC

      • STLC

      • Testing types

      • Test Case

      • Bug lifecycle

      • Severity / Priority

      • Agile / Scrum

      Mərhələ 2 — Manual Testing

      Praktika et:

      • Web application testing

      • Mobile testing basics

      • Exploratory testing

      • Regression testing

      • Bug reporting

      Mərhələ 3 — Tools

      Öyrən:

      • Jira

      • Postman

      • Git

      • SQL

      Mərhələ 4 — Programming

      Bir dil seç:

      • Python

      • JavaScript / TypeScript

      • Java

      və əsasları öyrən:

      • Variables

      • Conditions

      • Loops

      • Functions

      • Arrays

      • Objects

      • Classes

      • Exceptions

      • OOP basics

      Mərhələ 5 — Automation

      Bir framework seç:

      Playwright / Selenium / Cypress

      və:

      • locators

      • assertions

      • waits

      • test structure

      • Page Object Model

      • fixtures

      • test reports

      mövzularını öyrən.

      Mərhələ 6 — API Automation

      Postman-dan başlayıb daha sonra seçdiyin programming language ilə API automation-a keç.

      Mərhələ 7 — CI/CD

      GitHub Actions, GitLab CI və ya Jenkins kimi alətlərdən biri ilə testlərin pipeline-da avtomatik işlədilməsini öyrən.


      Ən vacib məqam: Tool deyil, problem-solving

      2026-cı ildə QA sahəsinə daxil olmaq istəyənlər üçün ən vacib məsləhətlərdən biri budur:

      Tool əzbərləməyin. Testing düşüncəsini öyrənin.

      Çünki tool dəyişə bilər.

      Bu gün bir şirkət Selenium istifadə edə bilər, digəri Playwright, başqa bir komanda isə Cypress seçə bilər.

      Amma yaxşı QA Engineer-in düşüncə tərzi dəyişmir.

      Sən tətbiqi analiz etməyi, riskləri müəyyənləşdirməyi, düzgün test ssenarisi qurmağı və tapdığın problemi aydın şəkildə izah etməyi bacarmalısan.


      Nəticə

      QA sahəsinə sıfırdan daxil olmaq mümkündür. Amma bunu yalnız bir neçə tool öyrənməklə etmək düzgün yanaşma deyil.

      Əvvəlcə Manual Testing ilə testing məntiqini qur.

      Daha sonra SQL, API, Git kimi əsas texniki bacarıqları əlavə et.

      Sonra bir programming language seç və Automation Testing-ə keç.

      Növbəti mərhələdə isə CI/CD, framework design və advanced automation mövzularını inkişaf etdir.

      Ən yaxşı nəticə isə bu üç bacarığın birləşməsindən yaranır:

      QA mindset + Programming + Automation

      2026-cı ildə QA sahəsində karyera qurmaq istəyirsənsə, məqsədin sadəcə "tester olmaq" yox, keyfiyyət haqqında düşünən və texniki problemləri həll edə bilən QA Engineer olmaq olmalıdır.

      Daha çox məqalə oxumaq istəyirsiniz?

      Texnologiya və proqramlaşdırma haqqında ən son məqalələrimizi kəşf edin

      Bütün məqalələr

      Oxşar məqalələr

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.
      Development, QA, ITBA, Data-analitika

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.

      İT sektoruna daxil olmaq istəyən insanların qarşısında ən böyük suallardan biri budur: “Haradan başlamalıyam və hansı istiqaməti seçməliyəm?”

      12.08.2026