DevHub Academy
Tədris sahələriBloqƏlaqə
DevHub Academy
+994 51 368 89 27Rəşid Behbudov küçəsi 55, AZ 1022

Sayt Xəritəsi

Ana səhifəHaqqımızdaTədris sahələriMüəllimlər
MəzunlarBlogTestƏlaqə

© 2025 DevHub Academy. Bütün Hüquqları Qorunur

Sosial şəbəkələr yuxarıda

      Analytics Day

      Davam Edir•Seminar
      30 May 2026
      10:00
      Caspian Plaza 18-ci mərtəbə Lotfizadeh Technology Center
      60 yerlik
      Analytics Day

      Data analitika və İT Biznes analitika sahəsində karyera qurmaq üçün fundamental biliklər və iş imkanları

      Tədbir Haqqında

      Data Analytics & IT Business Analysis Day — data analitikası və İT biznes analitikası sahələri ilə maraqlananlar üçün təşkil olunan xüsusi tədbirdir. Tədbir iştirakçıları hər iki istiqamətin əsaslarını öyrənərək real iş mühitində bu sahələrin necə tətbiq edildiyi ilə tanış olacaqlar.

      Data Analytics hissəsində iştirakçılar SQL, Python, Power BI və Tableau kimi texnologiyaların data analizi və vizuallaşdırılmasında necə istifadə edildiyini öyrənəcəklər.

      IT Business Analysis hissəsində isə requirement gathering, Agile & Scrum metodologiyaları, Jira, Confluence, UML/BPMN və biznes proseslərinin analizi haqqında fundamental biliklər təqdim olunacaq.

      Tədbir industry expert-ləri tərəfindən aparılır və iştirakçılar real iş təcrübəsi, karyera istiqamətləri və bu sahələrdə uğurlu başlanğıc üçün praktiki tövsiyələr əldə edəcəklər.

      Networking imkanlarını genişləndirmək üçün coffee break təşkil ediləcək.

      Tədbirin sonunda iştirakçılar üçün xüsusi təqaüd proqramı və tədris proqramlarımız üzrə endirim imkanları təqdim olunacaq. Təqaüd proqramı üçün seçim iştirakçıların tədbirdəki aktivliyi, motivasiyası, verilən task və suallardakı performansı əsasında aparılacaq.

      Qiymət: 7 AZN.

      Qeydiyyatdan sonra ödəniş üçün sizinlə əlaqə saxlanılacaq.

      DevHub Academy tələbələri üçün ödənişsizdir.

      Məkan

      Caspian Plaza

      Caspian Plaza 18-ci mərtəbə Lotfizadeh Technology Center

      Etiketlər:
      #Data analitika#İT Biznes analitik#Karyera#İş imkanları#Təqaüd#Endirimli Təhsil

      Çıxış Edənlər

      Narmin Karimova

      Narmin Karimova

      Senior İT Business analyst at Pasha Sığorta

      Narmin Karimova 5+ illik təcrübəyəsi olan Senior İT Biznes Analitikdir. O, 2019–2026-cı illərdə Kapital Bank-da çalışıb

      Elton Mirzayev

      Elton Mirzayev

      Data Science Expert at Kapital Bank

      Data analitikası və data science sahəsində ixtisaslaşmış mütəxəssisdir. Hazırda Kapital Bank-da Data Science Expert kimi fəaliyyət göstərir

      Proqram

      11:00

      10 dəq

      Açılış Çıxışı

      DevHub Academy-nin təsisçisi tərəfindən açılış çıxışı və tədbir haqqında məlumat

      Çıxış edən: Zamiq Əliyev

      11:10

      1 saat 10dəq

      İT Biznes analitik- bizneslə IT komandası arasında körpüdür

      • Biznes analitik kimdir və nə iş görür? • Niyə biznes analitikaya ehtiyac var? • Bir ideya necə IT məhsula çevrilir? • Biznes analitikin istifadə etdiyi əsas alətlər • Tələbələr bu sahəyə necə başlaya bilər? • Biznes analitik üçün vacib soft skills • İş imkanları

      Çıxış edən: Narmin Karimova

      12:20

      15 dəq

      Coffee Break

      Qəhvə fasiləsi və networking

      12:35

      1 saat 10dəq

      Data analitika nədir və nə iş görür,

      • Şirkətlər niyə data analitikaya ehtiyac duyur? • Data əsaslı qərarvermə necə həyata keçirilir? • SQL, Python, Power BI və Tableau hansı məqsədlə istifadə olunur? • Dashboard və report anlayışları • Real business case üzərində data analizi nümunəsi • Data analyst olmaq üçün hansı bacarıqlar vacibdir? • Tələbələr bu sahəyə necə başlaya bilər? • Junior Data Analyst üçün iş imkanları və karyera yolları • AI və Data Analytics-in gələcəyi

      Çıxış edən: Elton Mirzayev

      13:45

      15 dəq

      Təqaüd programının seçimləri

      Tədbirin sonunda iştirakçılar üçün xüsusi təqaüd proqramı və tədris proqramlarımız üzrə endirim imkanları təqdim olunacaq. Təqaüd proqramı üçün seçim iştirakçıların tədbirdəki aktivliyi, motivasiyası, verilən task və suallardakı performansı əsasında aparılacaq.

      Çıxış edən: Minaya Aliyeva

      Əlaqəli Məqalələr

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.

      İT-yə sıfırdan başlamaq istəyirəm, hansı sahəni seçəcəyimi bilmirəm.

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi

      2026-cı ildə QA sahəsinə necə başlamaq olar? Manual Testing-dən Automation-a qədər yol xəritəsi

      Bütün məqalələr

      Digər Tədbirlər

      Digər tədbirlərimiz haqqında məlumat əldə edin və qatılmaq üçün qeydiyyatdan keçin

      Bütün Tədbirlər